“Barselona” klubunun prezidenti Xuan Laporta PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya klubuna qayıdacağını deyib.
BAKU.WS "Forbes"ə istinadən xəbər verir ki, prezident bu barədə azarkeşlərin suallarını cavablandırarkən bildirib.
O, həmçinin “Barselona”nın son zamanlar korrupsiya olaylarına qarışması məsələsinə yaxın zaanlarda aydınlıq gətiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Leonel Messi 2004-2021-ci illərdə “Barselona”da forma geyinib. O, daha sonra azad agent statusu ilə PSJ-yə keçib. Argentinalı ulduzun Paris klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir.