“Qalatasaray”ın azərbaycanlı futbolçusundan möhtəşəm qol - VİDEO

16:40 / 21.04.2023
1201

Türkiyənin "Qalatasaray” klubunun U-12 komandasında çıxış edən azərbaycanlı futbolçu Kənan Həsənov gözəl qolla yadda qalıb.

Həmyerlimiz "Damlaspor”la matçda topu saxlamadan uzaq məsafədən qapıya göndərib. Oyunun şərhçisi bunu "meydanlarda nadir görülən və möhtəşəm qol” kimi ifadə edib.

Kənan Həsənov 2018-ci ildən "Qalatasaray”ın akademiyasındadır.

0