Azərbaycanlı paraatlet Leyla Kərimova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda Avropa rekordunu qıraraq çempion olub.
HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.
Para-pauerliftinq üzrə millinin üzvü gənclər arasında 76 kq nəticə göstərərək, fərdi çəkidə qızıl medal qazanıb. Bu nəticə ilə o, ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub.
Qeyd edək ki, Leyla Kərimova ümumi kateqoriyada 147 kq nəticə ilə yarışı 4-cü pillədə tamamlayıb.