Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılmaq qərarına gəlib və "Real Madrid"ə qayıtmaq istəyir.
HİT.az xəbər verir ki, bu barədə “El Nacional” yazır.
Mənbənin sözlərinə görə, 38 yaşlı hücumçunun dil problemi səbəbindən yeni kluba uyğunlaşması çətinləşib. O, Səudiyyə Ərəbistanı mədəniyyətinə uyğunlaşmaqda da çətinliklərlə üzləşir. Ronaldonun 2018-ci ildə "Real Madrid"dən ayrıldığına peşman olduğu və yenidən Madriddə yaşamaq istədiyi iddia edilir.
Bundan əvvəl vəkil Nouf bint Əhməd azarkeşlərin argentinalı hücumçu Lionel Messinin adını səsləndirdiyi bir vaxtda qeyri-etik jest edən Ronaldonu məhkəməyə verib. Vəkilin sözlərinə görə, futbolçunun davranışı “ictimai ədəbsizliyin” təzahürüdür və “əcnəbi tərəfindən törədildikdə həbs və deportasiya tələb edən cinayətlərdən biridir”.
Qeyd edək ki, 2022-ci il dekabrın 30-da Ronaldo "Əl-Nasr"la 2025-ci ilin yayına kimi müqavilə imzalayıb. Portuqaliyalının maaşı, o cümlədən kommersiya ödənişləri ildə 200 milyon dollar olacaq ki, bu da onu dünyanın ən yüksək maaş alan idmançısı edir.
Samir