Türkiyə çempionatının son turunda lider "Qalatasaray"ın səfərdə "Beşiktaş"a yenilməsi çempionluq əmsallarının dəyişməsinə səbəb olub.
HİT.az Türkiyə mediasına istinadən xəbər verir ki, derbi məğlubiyyəti "Qalatasaray"ın çempionluq əmsalının 1.18-dən 1.25-ə yüksəlməsi ilə nəticələnib.
"Fənərbağça" əsas rəqibinin uduzduğu həftədə qələbə qazanaraq çempionluq əmsalını 4.00-də 2-yə endirib.
Super Liqadakı son 10 oyunda uduzmayan "Beşiktaş"ın çempionluq əmsalı isə 15.00-dən 4.00-ə düşüb.
Qeyd edək ki, "Qalatasaray" 30 oyundan sonra 70 xalla turnir cədvəlinin birinci, "Fənərbağça" 67 xalla ikinci pilləsində qərarlaşıb. "Beşiktaş" isə 31 matçdan sonra 65 xalla üçüncüdür.
Samir