Qazaxıstan Peşəkar Futbol Liqasına erməni əsilli Rafael Qaribyan başçılıq edəcək.
HİT.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan PFL-ə üzv olan klublar qərar verib.
Rafael Qaribyan Almatıda anadan olub, Qazaxıstanın gənclər komandasında oynayıb, Beynəlxalq Biznes Universitetini Menecment ixtisası üzrə bitirib, 2009-cu ildə Londonda idman menecmenti və futbol biznesi üzrə magistr dərəcəsi alıb.
Qaribyan “Kayrat”ın idman direktoru, “Kayrat-Moskva”nın baş direktoru, həmçinin “Şaxtyor”da rəhbər vəzifələrdə çalışıb. Bu yaxınlarda o, Qazaxıstan Futbol Federasiyasının texniki direktoru vəzifəsini tutub.
Poliqon.info