Dörd həftəlik baş məşqçi oldu: 500 min alacaq

İDMAN
23:13 / 03.05.2023
639

"Lids" yenidən baş məşqçisini dəyişib. 

Premyer Liqa klubunun rəhbərliyi komandanın turnir cədvəlindəki mövqeyindən narazı qalaraq, Xavi Qarsiyanı qovmaq qərarına gəlib.

Qeyd edək ki, ispaniyalı komandaya cəmi on həftə rəhbərlik edib. Bu müddət ərzində o, cəmi 12 dəfə komandanı baş məşqçi kimi meydana çıxara bilib, 3 dəfə isə qalib gəlib.

Onun yerinə gələn şəxs isə vəzifədə daha da az qalacaq. Premyer Liqada yerlərini qorumaq üçün “Lids”in bossları 68 yaşlı təcrübəli Sem Ellardaysı cəlb edib. Britaniya mətbuatının yazdığına görə, İngiltərə millisinin keçmiş məşqçisinin dörd oyun üçün maaşı 500 min funt sterlinq olacaq, lakin elit divizionda yerini qoruyarsa, mütəxəssis əlavə olaraq 2,5 milyon funt-sterlinq mükafat alacaq.

Qeyd edək ki, "Lids" hazırda liqada 17-ci pillədə qərarlaşıb və yalnız top fərqinə görə aşağı sırada yer alan "Nottingem Forest"i qabaqlayır.

Komandanı çətin təqvim gözləyir. Çempionatın axırına qədər “Lids” “Mançester Siti”, “Vest Hem”, “Nyukasl” və “Tottenhem”lə qarşılaşacaq.//Lent.az 

0