"Zenit"in sabiq hücumçusu Aleksandr Kerjakov "Napoli"yə 33 ildən sonra İtaliya çempionluğu qazandıran Luçano Spallettini Rusiya təmsilçisini çalışdırdığı dönəmdə ikiüzlü adalndırdığı üçün utandığını deyib və üzrxahlıq edib.
Fanat.Az xəbər verir ki, "Sports.ru" onun söylədiklərini belə çatdırıb:
"O vaxt Spallettinin komandanın braziliyalı hücumçusu Halkın onun əlini sıxmamasına niyə sərt reaksiya vermədiyini, ancaq başqalarına qarşı belə olmadığının səbəbini anlamırdım. Futbolçu idim və baş məqşçinin üzərindəki təzyiq barədə düşünə bilmirdim. İndi özü məşqçiyəm və Luçanonu əla başa düşürəm. Hər şeyi beynimdə təhlil edir, utanıram. Onun ikiüzlü olduğunu demişdim. Məşqçi şübhəsiz, fərdi yanaşmanı bacarmalı, balansı qorumalıdır. Təəssüf ki, elə fikir səsləndirmişdim. Dilə gətirdiyim sözlərə görə xəcalət çəkirəm, bir daha üzr istəyirəm".
Qeyd edək ki, Spallettinin rəhbərliyi altında "Zenit" 2 dəfə Rusiya çempionu olub.