Türkiyə Super Liqasında mövsümün sonu yaxınlaşdıca həyacan da artır.
HİT.az "Hürriyət"ə istinadən xəbər verir ki, lider "Qalatasaray" son 5 oyunun hamısında qələbə qazanmağı hədəfləyir.
İstanbul klubu bu qarşılaşmaların hər biri üçün 10 milyon lirə (872 min manat) mükafat ayırıb. Bu isə 5 matçda 50 milyon lirə (4 milyon 360 min manat) ayırıb.
Qeyd edək ki, "Qalatasaray" son 5 oyunda "Başakşəhər", "İstanbulspor", "Sivasspor", "Ankaragücü" və "Fənərbağça" ilə qarşılaşacaq.
Onu da qeyd edək ki, 30 oyundan sonra 70 xalla birinci pillədə qərarlaşıb. "Fənərbağça" (31 oyun) və "Beşiktaş" (32 oyun) 68 xalla 2-3-cü pillələri tutur.
Samir