Türkiyənin Super Liqa təmsilçisi "Fənərbağça"nın futbolçusu Arda Güləri transfer etmək istəyən klubların sayı durmadan artır.
HİT.az xəbər verir ki, dünya nəhəngləri gənc ulduzun transferində maraqlıdırlar.
İndiyə kimi adı "Barselona", "Ayaks", "Napoli", "Borussiya Dortmund" kimi klublarla hallanan 18 yaşlı futbolçu barədə yeni iddialar yayılıb.
Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi 2 komanda da Ardanı transfer siyahısına alıb. Fransa mediasında yer alan xəbərlərə görə, "PSJ" onun üçün "Fənərbağça" ilə transfer görüşmələrinə başlayacaq.
İngiltərə mətbuatında yer alan xəbərlərə əsasən isə Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sahibi olduğu İngiltərənin "Nyukasl Yunayted" klubu da türkiyəli futbolçunun transfer etmək niyyətindədir. Klubun sahibləri ilə Ardanın ailəsi arasında gələn həftə sonu Dubayda görüş keçiriləcəyi bildirilib.
Pərviz