Türkiyənin Super Liqa təmsilçisi "Beşiktaş" yeni mövsüm üçün transfer hazırlıqlarına başlayıb.
HİT.az xəbər verir ki, İstanbul klubu "Trabzonspor"un futbolçusu Yusuf Yazıcı ilə maraqlanır.
Rusiyaya transfer olmağı gözlənilən 26 yaşlı futbolçuya sürpriz bir təklif gəlib. "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Yusuf Yazıcıya zəng edərək, onu transfer etmək istədiyini deyib:
"Rusiyaya getmə. Səni "Beşiktaş"da görmək istəyirəm. Bizim sənin üçün səninsə bizim üçün çox faydalı olacağını düşünürəm".
Türkiyə mətbuatında yer alan xəbərlərə əsasən, ulduz futbolçu da "Beşiktaş"a getməyə müsbət yanaşır.
Qeyd edək ki, Yusuf Yazıcı bu mövsüm "Trabzonspor" forması ilə meydana çıxdığı 13 matçda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Pərviz