"Beşiktaş”ın futbolçusu Bakıda huşunu itirdi, xəstəxanaya aparıldı

İDMAN
22:10 / 13.05.2023
1312

Sabah” - “Beşiktaş” xeyriyyə matçından sonra xoşagəlməz hadisə baş verib.

"Ölkə.az" xəbər verir ki, Türkiyə klubunun futbolçusu Onur Bulut matçdan sonra paltardəyişmə otağına gedərkən huşunu itirərək yerə yıxılıb.

Futbolçu dərhal xəstəxanaya qaldırılıb. Matçdan sonra “Beşiktaş” klubunun baş məşqçi Şenol Güneş onun oyun ərzində başından zərbə aldığını, ancaq vəziyyətinin yaxşı olduğunu qeyd edib.

Müayinələrdən sonra O. Bulutun durumuna tam aydınlıq gələcək.

0