"Real" rəhbərliyi növbəti yay transfer pəncərəsində hücumçu Kilian Mbappenin transferi ilə bağlı PSJ ilə danışıqlara getməyəcək.
Bu barədə “Marca” xəbər verir.
Mənbənin sözlərinə görə, “Kral klubu” fransalı futbolçunun transferinə görə Paris klubuna pul ödəmək istəmir və 2024-cü ildə 24 yaşlı futbolçunun alınmasını düşünə bilər. Bildirilir ki, Madriddə Vinisiusa güvənirlər və onu komandanın əsas oyunçusu hesab edirlər.
Xatırladaq ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. O, bu mövsüm Kristof Qaltyenin komandasında 40 oyuna çıxıb, 38 qol vurub və 9 məhsuldar ötürmə edib.
“Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 180 milyon avro qiymətləndirilir.//Lent.az