Naxçıvan və Zaqatala klublarına Premyer Liqada iştirak üçün lisenziya verildi

14:03 / 15.05.2023
843

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

HİT.az xəbər verir ki, AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2022) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Qarabağ" FK, “Sabah” FK, "Neftçi" PFK, “Zirə” PFK, "Qəbələ" İK

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Turan Tovuz” PFK İB, “Səbail” PFK

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Turan Tovuz” PFK İB, “Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK İB, “Şamaxı” FK İB, Araz-Naxçıvan PFK, “Zaqatala” PFK

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“İmişli” PFK, “Mingəçevir” FK, “MOİK”PFK, “Qaradağ Lökbatan”FK

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd: 1. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydalar” (Buraxılış 2022), 14-cü maddəsinə müvafiq olaraq, 2023-2024-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

0