Qvardioladan fantastik nəticə

İDMAN
10:14 / 22.05.2023
493

İngiltərə Premyer Liqasında çempion olan "Mançester Siti" yeni rekordlara da imza atıb.

HİT.az xəbər verir ki, "şəhərlilər" ardıcıl 3-cü, toplamda 9-cu dəfə çempion olub. 

Bununla da komandanın baş məşqçisi Pep Qvardiola tarixə keçib. O, 3 fərqli komanda ilə 3 böyük liqada ardıcıl 3 dəfə çempion olan ilk baş məşqçi olub. 

Xatırladaq ki, Qvardiola 2009-2011-ci illərdə "Barselona" ilə İspaniya, 2014-2016-cı illərdə isə "Bayern Münhen" ilə Almaniya liqasında ardıcıl 3 dəfə çempion olub. O, həmçinin, karyerasının 14 mövsümünün 11-ində çempionluq sevinci yaşayıb.

Pərviz

0