Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləsini vaxtından əvvəl ləğv etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” idman qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin mənbələrinin məlumatına görə, Ronaldo Səudiyyə Ərəbistanının mühitindən narazıdır və buranın “müasir cəmiyyət”dən uzaq olduğuna inanır. Nəşr yazır ki, yaxın vaxtlarda futbolçunun nümayəndələri onun Avropaya qayıtmaq niyyətində olduğunu açıq elan edə bilər.
Qeyd edək ki, Ronaldo üzrlü səbəb olmadan klubdan vaxtından əvvəl ayrılmaq qərarına gəlsə, FİFA-nın transfer qaydalarına uyğun olaraq, müqaviləsinin qalan iki ili üçün kluba təzminat ödəməli olacaq. Bundan əlavə, Ronaldoya qarşı sanksiyalar tətbiq olunacaq və o, 4 ay müddətinə rəsmi matçda iştirak hüququndan məhrum ediləcək.
Xatırladaq ki, Ronaldo 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubuna keçib.