Türkiyənin Super Liqa təmsilçisi "Fənərbağça"nın prezidenti Ali Koça qarşı etirazlar səngimir.
HİT.az xəbər verir ki, həftəsonu oynanılan derbidə "Fənərbağça"nın "Qalatasaray"a 3-0 hesabı ilə məğlub olması azarkeşləri səbrini daşırıb.
Artıq 2 gündür ki, prezident Ali Koçun istefası tələb olunur və sosial şəbəkələrdə bununla bağlı ard-arda paylaşımlar edilir. Ən çox diqqətçəkən isə azarkeşlərin klubun sabiq prezidenti Aziz Yıldırımı geri çağırmasıdır. Bununla bağlı çox sayda paylaşımların edilməsi və şüarların səsləndirilməsi isə gündəm olub. Bunun ardından onun keçiriləcək seçkilərdə namizəd ola biləcəyi də iddia olunub. Lakin Aziz Yıldırıma yaxın mənbələr sabiq prezidentin belə bir düşüncəsinin olmadığını deyiblər.
9 ildir çempion ola bilməyən "Fənərbağça"nın prezidenti Ali Koç isə istefa vermək niyyətində olmadığını deyib.
Pərviz