Uğurcan Çakır İtaliya yolunda

İDMAN
10:52 / 09.06.2023
581

Türkiyənin Super Liqa təmsilçisi "Trabzonspor"un qapıçısı Uğurcan Çakır komanda ilə vidalaşmağa hazırlaşır.

HİT.az xəbər verir ki, onunla İtaliyanın "Roma" klubu maraqlanır.

İtaliyalılar türk qapıçısı üçün Qaradəniz təmsilçisinə 12 milyon avro təklif etməyə hazırlaşır. "Roma"nın baş məşqçisi Joze Mourinyonun Uğurcanın transferini şəxsən istədiyi bildirilir. 27 yaşlı futbolçunun da İtaliyaya getməyə müsbət yanaşdığı deyilir.

Qeyd edək ki, "Qalatasaray" da Uğurcan Çakırı transfer etmək istəyir. İstanbul klubu təcrübəli qapıçı üçün "Trabzonspor"a Taylan Antalyalı, Mustafa Muhammed və 4 milyon avro təklif edib. 

Pərviz

0