Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Jorji Jezuş ilə yollarını ayırıb.
HİT.az xəbər verir ki, İstanbul klubu artıq yeni baş məşqçi axtarışlarına da başlayıb.
Klubun prezidenti Ali Koç komandanı türk mütəxəssisə əmanət etmək istəyir. Bu səbəbdən də siyahıda yerli baş məşqçilərin olması diqqət çəkir.
Onun ən çox istədiyi baş məşqçi Sərgən Yalçındır. Hətta bəzi mənbələr tərəflər arasında ilkin razılıq olduğunu belə iddia edir. Həmçinin, "Fənərbağça"nın gündəmində Abdullah Avcı, Aykut Kocaman və İsmayıl Kartal da var.
Ali Koçun xarici baş məşqçi olaraq düşündüyü alternativ isimlər isə Vinçenzo Montella və Abel Ferreyradır.
İstanbul klubunun yeni baş məşqçisini qısa zamanda müəyyən etməsi və növbəti mövsümün hazırlıqlarına erkən başlayacağı gözlənilir.
Pərviz