Tomas Bax: "Makron belarusların və rusların 2024-cü il Olimpiadasında iştirakına razıdır"

İDMAN
17:57 / 22.06.2023
566

Fransa prezidenti Emmanuel Makron Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri ilə görüşündə Belarus və Rusiya idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada neytral statusda çıxış etmək öhdəliyini təsdiqləyib. 

HİT.az xəbər verir ki, bunu BOK-un növbədənkənar sessiyasında Tomas Baxın özü deyib.

İki həftə əvvəl Tomas Bax Fransa lideri ilə görüşdə G7-nin mövqeyini və BOK-un bu məsələyə yanaşmasını müzakirə edib. Tərəflər razılaşdıqlarını və BOK-un lazımi vaxtda Belarus və Rusiya idmançılarının qəbulu ilə bağlı qərar qəbul edəcəyini təsdiqləyiblər. Tomas Bax və Emmanuel Makron bu məsələdə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Tomas Baxın sözlərinə görə, BOK-un mövqeyi beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti tərəfindən dəstəklənir.

"O, idmanın üzləşdiyi çətin vəziyyəti başa düşür və bizim hərəkətlərimizi dəstəkləyir", deyə BOK rəhbəri bildirib. Bunu həm BMT səviyyəsində, həm də dövlət başçıları və hökumətləri səviyyəsində siyasi liderlər deyir.

Nümunə olaraq Tomas Bax Yaponiyada keçirilən G7 sammitini göstərib. Onun sözlərinə görə, sammitin bütün iştirakçıları idman təşkilatlarının muxtariyyətinə hörmət etdiklərini, Belarus və Rusiya idmançılarının neytral statusda yarışması şərti ilə ədalətli rəqabətə sadiq olduqlarını bəyan ediblər. "Və mən bu liderlərə dəstəyə görə təşəkkür edirəm", deyə BOK rəhbəri əlavə edib.

Bu il martın 28-də BOK-un İcraiyyə Şurası Belarus və Rusiya idmançılarına neytral statusda beynəlxalq yarışlarda iştiraka icazə verilməsini tövsiyə edib.

Samir

0