"Qalatasaray" transfer çalışmalarını davam etdirir.
HİT.az xəbər verir ki, Maurio İkardinin transfer hüququnu almağa çalışan İstanbul klubu İtaliyada da danışıqlara başlayıb.
"Fanatik"in xəbərinə görə, "Cim-Bom" "Fiorentina"da çıxış edən Luka Yuviçi heyətinə qatmaq istəyir. Tərəflər artıq danışıqlar masasına əyləşib.
Luka Yoviç karyerasına vətəni Serbiyada - "Srvena Zvezda"da başlayıb. Daha sonra Yunanıstanın "Appalon", Portuqaliyanın "Benfika" və Almaniyanın "Aytnraxt" klublarında çıxış edib. 2019-cu ildə 63 milyon avroya "Real Madrid"ə transfer olunub və 2022-ci ildə "Fiorentina"ya keçib. Ötən mövsüm İtaliya klubunun heyətində 50 oyuna çıxan 25 yaşlı serb forvard 13 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" ona 8 milyon avro qiymət qoyub.
Samir