"Arsenal" 100 milyon ödəməyə hazırdır

İDMAN
15:11 / 28.06.2023
591

"Arsenal" "Vest Hem"in yarımmüdafiəçisi Deklan Raysı transfer etməkdə israrlıdır. 

Fanat.Az xəbər verir ki, "topçular" bu yay 24 yaşlı futbolçunu heyətinə qatmaq üçün 100 milyon və 5 milyon funt sterlinq bonus ödəməyə hazırdır. 

Beləliklə, "Arsenal" 90 milyon təklif edən "Mançester Siti"ni yolundan çəkir. 

Transfer baş tutsa, bu, ingiltərəli futbolçular üçün yeni rekord olacaq. Belə ki, Cek Qrilişin "Aston Villa"dan "Mançester Siti"yə keçidi 100 milyon funta başa gəlmişdi. 

Qeyd edək ki, peşəkar karyerasına "Vest Hem"də başlayan Rays 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 37 matça çıxıb. Bu qarşılaşmalarda 4 qol vuran yarımmüdafiəçi 2 məhsuldar ötürmə müəllifi olub.

0