"Mançester Siti” Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) maliyyə qaydalarından yan keçməklə 30 milyon funt-sterlinq aldığı ehtimal olunur.
Qaynarinfo xəbər verir kik, bu barədə "The Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, "Siti”nin maliyyə pozuntularından bəhs edən "YouTube” filminin yaradıcıları İngiltərə klubunun maliyyə fəaliyyəti ilə bağlı UEFA-nın 2020-ci il hesabatına çıxış əldə ediblər.
Məlumata görə, klub Abu-Dabidə naməlum şəxsdən iki dəfə 15 milyon funt-sterlinqlik ödəniş alıb. Bu, 2012 və 2013-cü illərdə baş verib.
Köçürmələr BƏƏ-yə məxsus "Etisalat" telekommunikasiya şirkətinin sponsorluq ödənişləri kimi həyata keçirilib. Bununla belə, UEFA belə qənaətə gəlib ki, əslində bu, Əbu-Dabidən olan klub sahiblərindən gələn gizli maliyyədir. Bu da UEFA qaydalarının pozulması deməkdir.
Bu faktın İngiltərə Premyer Liqasının (EPL) fevral ayında "Mançester Siti" də daxil olmaqla 2009/10 mövsümündən bəri irəli sürdüyü 115 maliyyə qayda pozuntusundan biri olduğu güman edilir.