Əvvəllər "Barselona"da çalışmış PSJ-nin yeni baş məşqçisi Luis Enrike İspaniya klubunun futbolçularını yeni komandasına cəlb etmək fikrində deyil.
HİT.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Mütəxəssis Fransa komandasına qoşulduqdan sonra indiki və keçmiş klubu arasında Neymarın transferindən və Marko Verrattinin uğursuz keçidindən sonra korlanmış münasibətləri yaxşılaşdırmaq niyyətindədir.
Enrikenin PSJ-nin baş məşqçisi postuna təyinatı iyulun 5-də açıqlanıb. Bundan əvvəl o, İspaniya millisində çalışıb və Qətərdə keçirilən dünya çempionatında uğursuz çıxışından sonra milli komandanı tərk edib.
Samir