Ölkə prezidenti Ançelottinin təyinatından narazıdır

09:19 / 07.07.2023
521

Braziliya prezidenti Luiz İnasio Lula da Silva "Real Madrid"i çalışdıran italiyalı mütəxəssis Karlo Ançelottinin ölkə millisinin baş məşqçi postuna təyin olunmasını tənqid edib.

HİT.az xəbər verir ki, bu barədə prezident bu barədə SBT televiziyasına danışıb.

“O, heç vaxt İtaliya millisinin baş məşqçisi olmayıb. Son mundialda belə oynamayan İtaliyanın problemini niyə həll etmir?”, deyə Silva bildirib.

İyulun 5-də Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges Ançelottinin 2024-cü ilin yayında "Real Madrid"dən ayrılacağını və Braziliya millisinə rəhbərlik edəcəyini açıqlamışdı. Onun müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər olacaq.

Ançelotti 2021-ci ildən "Real Madrid"ə başçılıq edir. Bu müddət ərzində o, İspaniya çempionatının, ölkə kubokunun və Çempionlar Liqasının qalibi olub. İtalyan 2013-2015-ci illərdə də bu klubda çalışıb.

Samir

0