Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ilk yoxlama oyununu keçirib.
HİT.az-ın məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Moldova təmsilçisi “Sukleya” ilə üz-üzə gəlib.
"Termal otel"in məşq bazasında baş tutan qarşılaşma "qırmızı-qaralar"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qəbələ" qonşu ölkədə daha iki görüş keçirəcək.