Türkiyənin "Qalatasaray" klubu futbolçusu Yunus Akgünün komandadan ayrılmasına icazə verməyib.
HİT.az xəbər verir ki, Fransanın "Nant" komandasının təklifi rədd edilib.
Belə ki, İstanbul klubu 23 yaşlı futbolçu üçün gələn 5,5 milyon avroluq təklifi qəbul etməyib. Təklifin gözləniləndən az olduğu vurğulanıb. "Sarı-qırmızılılar"ın türk futbolçunu daha böyük məbləğdə Avropaya satmaq niyyətində olduğu deyilir.
Qeyd edək ki, Yunus Akgün ötən mövsüm "Qalatasaray"da meydana çıxdığı 28 matçda 1 qol atıb, 4 məhsuldar ötürmə edib.
Pərviz