UEFA radikal bir qərar qəbul etmək üzrədir.
HİT.az xəbər verir ki, qurum Çempionlar Liqasının formatını yeniləyir.
Belə ki, 2024-2025 mövsümündən etibarən Çempionlar Liqasında 36 komanda mübarizə aparacaq. Qrup mərhələsi ləğv olunacaq və matçlar liqa formatında oynanılacaq. Artıq hər komanda ən azı 8 dəfə meydana çıxacaq.
Ən böyük dəyişiklik isə Səudiyyə Ərəbistanı ilə bağlı olub. Sözügedən ölkənin komandalarının xüsusi dəvət əsasında Çempionlar Liqasında çıxış etməsi üçün çalışmalara başlanıb. UEFA bunu həyata keçirə bilmək üçün hazırda ciddi səy göstərir. Son transfer pəncərəsində bir çox dünya ulduzunun Səudiyyə Ərəbistanına üz tutmasının bu qərara təsir etdiyi bildirilir.
Pərviz