“Əl-Hilal”ın keçmiş futbolçusu: "Ronaldo Yaxın Şərqə pul üçün gəlib"

İDMAN
10:50 / 28.07.2023
608

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun sabiq hücumçusu Odion İqalo “Əl-Nasr”ın futbolçusu Kriştiano Ronaldonun Yaxın Şərqə pul xatirinə getdiyini gəldiyini deyib.

HİT.az bu barədə Goal.com-a istinadən xəbər verir.

“Ronaldo bütün həyatım boyu məndən 100 dəfə çox qazandı və buna baxmayaraq, Səudiyyə Ərəbistanına getdi. Bunu ehtirasdan etdi? Yox, hər şey pul üçündür", deyə İqalo bildirib.

Ronaldo “Mançester Yunayted”dən ayrıldıqdan sonra yanvarın 2-də “Əl-Nəsr”ə keçib. Klubla müqaviləyə əsasən, o, ildə 200 milyon avro alır.

Samir

0