Dirəklə tullanma üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayevanın keçmiş məşqçisi Vitali Petrov idmançını müdafiə edərək bildirib ki, idmançıların idmanda az vaxtları var və karyeralarını başa vurduqdan sonra onlar özləri üçün daha yaxşı həyat variantı axtarırlar.
HİT.az bu barədə NEWS.ru-ya istinadən xəbər verir.
“Hər kəs bu vəziyyətdən onun üçün ən yaxşı olan şəkildə çıxır. Niyə insana hara getməsi, harda yaşaması, hətta nə deməsi qadağan edilməlidir? İdmançılar hər zaman ölkələr arasında yaxşı, dinc həyat, dostluq tərəfdarıdırlar, indi də qayda-qanun qoyurlar, kimin xain olub-olmadığna qərar verirlər. O, satqın deyil”, - Petrov bildirib.
İyulun 12-də "El Digital Sur" yazıb ki, İsinbayeva İspaniyaya köçüb. İyulun 17-də idmançı ÇSKA idman cəmiyyətindən aldığı mükafatların və hərbi rütbələrin formal olduğunu, sentyabrda isə Beynəlxalq Olimpiya Komitəsində (BOK) işə qayıtdığını açıqlayıb.
İyulun 18-də Dağıstanın rəhbəri Sergey Melikov Mahaçqala şəhərinin meri Yusup Umamov və respublikanın İdman Nazirliyinə ikiqat Olimpiya çempionunun İspaniyaya getməsi ilə əlaqədar Yelena İsinbayeva adına atletika stadionunun adının dəyişdirilməsi barədə göstəriş verib.
Samir