Bazar günü, avqustun 13-də İspaniya La Liqasının 1-ci turunda "Xetafe" "Kolizey Alfonso Peres" stadionunda "Barselona"nı qəbul edib. Oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
HİT.az "Marca"ya istinadən xəbər verir ki, "Xetafe" - "Barselona" matçı La Liqanın ən uzun matçı olmaqla İspaniya çempionatlarının tarixinə düşüb.
Bu görüş 116 dəqiqə davam edib. Eyni zamanda, “Barselona”nın futbolçuları 39 dəqiqə 32 saniyə, “Xetafe”nin futbolçuları isə 16 dəqiqə 45 saniyə topa sahib olublar.
Qeyd edək ki, "Barselona"dan Rafinya və "Xetafe"dən Xayme Mata qırmızı vərəqə alıb. Həmçinin görüşün baş hakimi Kataloniya klubunun baş məşqçisi Xavini meydandan qovub.
Samir