Türkiyə nəhəngi "Qalatasaray" daha bir dünya ulduzunu heyətinə qatmağa çalışır.
HİT.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın PSJ klubundan Marko Verratti ilə maraqlanır.
Paris klubundan ayrılması gözlənilən yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasından gələn təklifi rədd edib. Fransa mətbuatındanda yer alan xəbərlərə əsasən, "Cim-Bom" 30 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib. Onun da Avropada oynamaq istəməsi ümidləri artırır.
Qeyd edək ki, Marko Verratti 11 ildir PSJ-də çıxış edir. Onun klubu ilə hələ 3 il daha müqaviləsi var. İtaliyalı futbolçu ötən mövsüm komandası ilə 38 dəfə meydana çıxıb.
Pərviz