Dünya İkardidən danışır - Manşetlər

16:14 / 24.08.2023
713

Ötən gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında Norveç təmsilçisi "Molde"ni səfərdə 3-2 hesabı ilə məğlub edən "Qalatasaray"da bir futbolçu ön plana çıxıb.

HİT.az xəbər verir ki, İstanbul klubunun argentinalı dünya ulduzu Mauro İkardinin performansı dünyada böyük səs gətirib.

Dünyanın ən önəmli nəşrlərinin İkardi haqqındakı manşetləri isə belə olub:

"La Gazzetta Dello Sport":
"İkardi və Mertensin yer aldığı "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsinə doğru yaxınlaşır. Serxio Oliveira və Mauro İkardi liderliyindəki türklər "Molde"ni səfərdə 3-2 məğlub etdi".

"Tuttosport":
"Okan Burukun "Qalatasaray"ı pley-off mərhələsindəki iki finaldan birincisini uğurla başa vurub. İstanbul klubunda A Seriyasının iki sabiq futbolçusu qol vurub".

"Corriere Dello Sport":
"Hakim Entoni Teylorun mübahisəli qərarlar verdiyi matçda “Qalatasaray” “Molde”ni 3-2 hesabı ilə məğlub edib. "Molde" səkkizinci dəqiqədə önə keçsə də, İkardi hər şeyi dəyişdi".

"L'Equipe":
"Mauro İkardinin liderliyi altındakı "Qalatasaray" Norveçdə "Molde"ni 3-2 hesabı ilə məğlub edib".

"Foot Mercato":
"Dünən "Qalatasaray" səfərdə "Molde"yə 3:2 hesabı ilə qalib gəldi. Mauro İkardi isə mübarizədə möhtəşəm qola imza atdı".

Pərviz

0