Türkiyə nəhəngi "Qalatasaray"ın daha bir ulduzuna ərəblər "elçi düşüb".
HİT.az xəbər verir ki, Səudiyyə Ərəbistanının klubları "Cim-Bom"un ulduzu Dries Mertens ilə yaxından maraqlanırlar.
Onlar, təcrübəli futbolçuya illik 10 milyon avro maaş təklif edirlər. Həmçinin, bənzər təkliflərin Yaponiyadan da gəldiyi deyilir. 36 yaşlı futbolçunun da sözügedən təkliflərə müsbət yanaşdığı iddia olunur. İstanbul klububun isə 5 milyon avroya Mertensin gedişinə icazə verəcəyi bildirilir.
Qeyd edək ki, Dries Mertens bu mövsüm meydana çıxdığı 8 matçda 2 qol atıb, 1 məhsuldar ötürmə edib.
Pərviz