Türkiyənin "Qalatasaray" klubu sabiq hakim Əhməd Çakarı məhkəməyə verib.
HİT.az xəbər verir ki, buna səbəb Çakarın İstanbul klubunun futbolçuları arasında dava düşməsini iddia etməsi olub.
O, "Beyaz TV" telekanalındakı "Dərin futbol" proqramında Vilfred Zaha ilə Kərəm Aktürkoğlunun məşq zamanı dalaşdığını önə sürüb.
"Sarı-qırmızılı" klubdan verilən açıqlamada Ə.Çakarın canlı yayımda səsləndirdiyi iddialara görə hüquqi proses başladığı və Radio Televiziya Üst Şurasına (RTÜK) şikayət edildiyi bildirilib.
Bundan əlavə, "Bəyaz TV"-nin "Qalatasaray"ın bütün tədbirlərinə girişinin qadağan edildiyi vurğulanıb.
Pərviz