Türkiyə nəhəngi "Beşiktaş"ın dünya ulduzu Serxio Ramosu niyə transfer edə bilmədiyi məlum olub.
HİT.az xəbər verir ki, klubun sabiq vitse-prezidenti Serhan Çetinkaya açıqlama verib.
O, Ramosla anlaşdıqlarını deyib:
"Serxio Ramosla 1+1 illik razılığa gəlmişdik. Ona 4 milyon avro maaş, 1 milyon imza pulu verəcəkdik. Həmçinin, əlavə 6 milyon avronu da sponsorlar ödəyəcəkdi. Lakin klubun prezidenti sponsor tapa bilməsək 6 milyonu ödəyə bilməyəcəyimizi düşünərək transferdən imtina etdi".
Sabiq vitse-prezident Ramos transferi üçün eks futbolçulardan da yardım aldıqlarını diqqətə çatdırıb:
"Mən 18-19 gün Ramosa "Beşiktaş" haqqında hər şeyi danışdım. Pul ikinci planda idi. Adama 27 milyon avroluq təklif gəlmişdi, rədd etdi. Onun üçün 6 klub mübarizə aparırdı. "Qalatasaray" da onlardan biri idi. Bu transferi reallaşdırmaq üçün İlham Mansız vasitəsilə Quti ilə əlaqə yaratdıq. O da Ramosu razı salmaq üçün ciddi addım atdı. Həmçinin, Ramos və Gökhan Törenin şəxsi məşqçiləri eyni adamdır. Ondan da yardım aldıq. Amma Ramosun əsas hədəfi pul deyildi".
Pərviz