\"Beşiktaş\"dan Abubakar açıqlaması: \"Fransaya getdi\"

10:25 / 15.09.2023
726

Türkiyənin "Beşiktaş" klubundan sürpriz açıqlama gəlib.

HİT.az xəbər verir ki, İstanbul klubu futbolçusu Vinsent Abubakarın Fransaya getdiyini elan edib.

Bildirilib ki, kamerunlu ulduz ailə üzvlərinin səhhəti ilə bağlı onların yanına gedib. "Qara qartallar"ın Abubakara xüsusi icazə verdiyi və sosial şəbəkələrdə yayılan iddiaların həqiqəti əks etdirmədiyi vurğulanıb.

Abubakarın bu gün İstanbula qayıtması gözlənilsə də, "Trabzonspor" matçında meydanda olmayacaq. Sözügedən oyunda onun əvəzinə Cenk Tosun əsas heyətdə başlayacaq.

Pərviz

0