Türkiyə nəhəngi "Qalatasaray"ın dünya ulduzu Mauro İkardi yeni rekord qırmağa çox yaxındır.
HİT.az xəbər verir ki, argentinalı futbolçu ardıcıl 11 matçda qol ataraq Burak Yılmazın rekorduna şərik olub.
O, Super Liqanın 5-ci həftəsindəki "Başakşəhər" matçında da qol atacağı təqdirdə, ard-arda 12 oyunda qol atan ilk futbolçu olaraq tarixə keçəcək.
Qeyd edək ki, bu mövsüm 8 qol atan Mauro İkardi "sarı-qırmızılı" forma ilə meydana çıxdığı 32 matçda 29 dəfə qol sevinci yaşayıb. O həmçinin, 2022-2023 mövsümündən bu yana Super Liqada ən çox başla qol atan futbolçu ünvanına da sahibdir.
Pərviz