Hakan Çalhanoğlu millinin baş məşqçisinə etiraz etdi

İDMAN
14:43 / 21.09.2023
811

Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu komandanın sabiq baş məşqçisi Stefan Kuntz barəsində danışıb.

HİT.az xəbər verir ki, o, Kuntza təpki göstərib.

Çalhanoğlu Kuntzu bu sözlərlə tənqid edib:

"O, pozitiv insandır, amma gənc milli komandanın məşqçisi idi. Gənclərlə ünsiyyəti yaxşı ola bilər, lakin davranışlarınız bəzi futbolçular tərəfindən xoş qarşılanmaya bilər. Onun bəzi açıqlamaları hamıya məlumdur. Təcrübəli baş məşqçilər elə açıqlamalar verərdimi? Bura gələn futbolçu milli komandanın necə oynadığını bilməlidir. Bizim sistemimiz olmalıdır. Mənim oynadığım mövqe isə artıq fərqlidir".

Futbolçunun sözlərinə görə, baş məşqçi ilə bağlı qərarda Türkiyə Futbol Federasiyası (TFF) onunla da məsləhətləşib:

"Milli yığmanın futbolçuları "biz yerli baş məşqçi istəyirik" kimi bir açıqlama verməyiblər. Hansı mütəxəssis gəlsə, onunla çalışarıq. TFF səlahiyyətliləri isə komandanın kapitanı olaraq mənim də fikrimi soruşdular".

Qeyd edək ki, Stefan Kuntz mətbuat konfransında başda Hakan Çalhanoğlu olmaqla, milli komandanın futbolçularını tənqid etmişdi. Onun ardından alman mütəxəssis istefaya göndərildi.

Pərviz

0