Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsində start oyununa çıxıb.
Hit.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu öz meydanında “Molde” ilə qarşılaşıb.
Hər iki komanda Avropa kuboklarında mübarizəyə Çempionlar Liqasından başlayıb.
“Qarabağ” II təsnifat mərhələsində “Rakuv”a, Norveç çempionu isə “Qalatasaray”a məğlub olub.
Azərbaycan çempionu 90 dəqiqqənin tamamında rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qrupun digər matçında Almaniyanın “Bayer” klubu İsveçin “Haken” komandasına 4:0 hesabı ilə qalib gəlib.