Daha bir ölkə rusiyalı futbolçularla oynamaqdan imtina etdi

22:41 / 28.09.2023
690

Norveç Futbol Federasiyasının (NFF) rəhbəri Lise Klaveness bildirib ki, ölkə futbolçularının yaşından asılı olmayaraq komandalarını Rusiya millisi ilə matçlara çıxarmayacaq. 

HİT.az xəbər verir ki, bu barədə NFF-nin mətbuat xidməti məlumat yayıb.

Polşa, Danimarka, İsveç, Ukrayna, İngiltərə, Latviya və Litva da Rusiya millisi ilə oyunları boykot edəcəklərini açıqlayıblar.

Sentyabrın 26-da Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) icraiyyə komitəsi Rusiya azyaşlı futbolçulardan (17 yaşadək) milli komandaların beynəlxalq turnirlərdə iştirakına icazə verib. Qadın və kişi komandalarının oyunlarını bayraqsız və himnsiz keçirəcəyi gözlənilir. Onlar Rusiya ərazisində baş tutmayacaq.

2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. Hazırda Rusiya millisi yalnız yoldaşlıq oyunları keçirir. Son rəsmi oyun 2021-ci ilin payızında, rusların dünya çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiyaya uduzduğu vaxt (0:1) baş tutub.

Samir

0