Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi Vinçenzo Montellanın köməkçilərinin kim olacağı ilə bağlı müzakirələr davam edir.
HİT.az xəbər verir ki, bu fonda 2 sürpriz namizədin adı ön plana çıxıb.
Belə ki, sabiq futbolçular Burak Yılmaz və Nuri Şahinin italiyalı mütəxəssisin köməkçiləri ola biləcəyi iddia olunur. Üstəlik, Montellanın onların hər ikisi ilə də bu məsələ barədə görüşdüyünə dair xəbərlər yayılıb.
Türk mediasında yer alan xəbərlərə əsasən, Burak Yılmaz təklifə müsbət yanaşıb və məsələni "Beşiktaş" rəhbərliyi ilə danışacağını deyib. Nuri Şahin isə belə bir vəzifədən qürur duyacağını deyib və təkliflə razılaşıb. Amm o, "Antalyaspor"dakı vəzifəsinə davam edəcəyi təqdirdə, təklifi qəbul edəcəyini bildirib. Hər iki ismin də tezliklə "ay-ulduzlular"ın təlim-məşq toplanışına qatılması gözlənilir.
Onu da əlavə edək ki, Montella digər sabiq futbolçuların da məşqçilər heyətinə qatılması üçün danışıqlar aparılmasını tapşırıb.
Pərviz