\"Qarabağ\"ın matçında qonaq komandanın futbolçularına daha çox sarı vərəqə göstərən hakim

14:33 / 03.10.2023
711

UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Hakken" və "Qarabağ" komandaları qarşılaçacaq. Artıq oyunun təyinatları açıqlanıb. Belə ki, matç Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakimi Sebastian Qishamer olacaq. Ona Roland Ridl və Santino Şreyner yardımçı olacaq. Dördüncü hakim isə Stefan Ebner olacaq.

Bəs Sebastian Qishamer indiyədək Azərbaycanın hansı komandasının beynəlxalq yarışında idarəçisi olub?

Hit.az-ın məlumatına görə, avstriyalı hakimin karyerası elə də çoxşaxəli deyil. O, matçlara təyinatı 5 il öncə - 2018-ci ildən almağa başlayıb. Yalnız ötən mövsümdən etibarən isə avrokubok oyunlarının idarəsi ona da tapşırılıb. 

Referi UEFA Çempionlar Liqasının təsnifat mərhələsində 1, Konfrans Liqasının təsnifat mərhələsində isə 2 matç idarə edib. İdarə etdiyi hər 3 oyunda rəqib komandanın futbolçularına daha çox sarı vərəqə göstərib.

34 yaşlı referinin Avropa Liqasında ilk idarəçiliyi isə məhz Azərbaycan təmsilçisinin oyununa təsadüf edəcək.

Xatırladaq, "Hakken" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək

Aynur Əli

0