Dünən Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən "Porto" - "Barselona" görüşündə maraqlı hadisə yaşanıb.
HİT.az xəbər verir ki, matça start heyətdə başlayan 16 yaşlı Lamine Yamal tarixə keçib.
O, Çempionlar Liqasında meydana çıxan ən gənc futbolçu olub. Amma oyun zamanı onun başına iş gəlib.
Belə ki, matçın 71-ci dəqiqəsində Lamal ayaqyoluna getmək üçün meydanı tərk edib. Lakin uzun müddət geri qayıtmayıb. Təxminən 10 dəqiqə İspaniya nəhəngi meydanda azlıqda qalıb. Nəhayət, 80-cı dəqiqədə Xavi Lamalın yerinə Markos Alansonu meydana buraxıb.
"Barsa"nın baş məşqçisi Xavi Hernandez mətbuat konfransı zamanı bu məsələyə toxunub və Lamalın xəstə olduğunu deyib:
"Lamal xəstə idi və bir müddətdir xəstəlikdən əziyyət çəkirdi. Bunu mənə demişdi. Matç dayandığı zaman ayaqyoluna getmək istədi, mən də həmən geri gəlməyini istədim. Amma getdi və qayıtmadı".
Qeyd edək ki, Lamal bu sezon meydana çıxdığı 10 matçda 2 məhsuldar ötürmə edib.
Pərviz