PSJ-nin futbolçuları Osman Dembele, Əşraf Hakimi, Randal Kolo Muani və Layvin Kurzava Liqa 1-də oyundan sonra Marselin ünvanına təhqiramiz sözlərə görə cəzalandırılacaqlar.
HİT.az "RMC Sport"a istinadən xəbər verir ki, videoda bu futbolçuların matçdan sonra azarkeşlərlə birlikdə təhqirlər səsləndirdiyi epizod kameraya düşüb.
Görüş 4:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Qolları dubl edən Əşrəf Hakimi, Randal Kolo Muani və Qonçalo Ramos vurub.
Qeyd edəl ki, PSJ hazırda 12 xalla turnir cədvəlinin 5-ci pilləsini tutur. “Marsel” 9 xalla 12-ci yerdədir. 14 xalı olan “Monako” isə turnir cədvəlinə başçılıq edir.
Samir