La Liqa prezidenti PSJ-ni ələ saldı

İDMAN
20:14 / 13.10.2023
719

La Liqanın prezidenti Xavyer Tebas İspaniya çempionatının maliyyə vəziyyəti ilə bağlı fikirlərini bölüşüb, həmçinin Fransanın PSJ klubunun rəhbərliyinin pul siyasətini tənqid edib. 

HİT.az bu barədə "Diario Sport"a istinadən xəbər verir.

"İspan liqası sabitdir və Avropanın ən güclü 5-liyindədir. İspaniya futbolu koronavirus pandemiyası zamanı çətin günlər yaşadı, lakin indi sağalıb", deyə Tebas bildirib.

PSJ barədə danışan La Liqa prezidenti "Onıarın demək olar ki, 605 milyon avro itirdiyini bilirik və maliyyə məhdudiyyətləri olmasaydı, klub daha çox itirərdi. PSJ pul xərcləyərək ancaq liqa çempionluğunu qazana bilərdi", deyib.

Fransa çempionatının 8 turundan sonra PSJ 15 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Lider “Monako” ilə fərq iki xaldır. Çempionlar Liqasında Paris klubu Dortmund "Borussiya"sına (2:0) qalib gəlib və "Nyukasl"a uduzub (0:4).

Samir

0