Türkiyə nəhəngi "Qalatasaray"ın azarkeşlərini məyus edəcək xəbər yayılıb.
HİT.az xəbər verir ki, komandanın ulduz futbolçu Mauro İkardi ilə sabiq klubu maraqlanır.
Belə ki, İtaliyanın "İnter" klubu yenidən argentinalı futbolçunu transfer etmək istəyir. "İnter"in hücumda Lautaro Martinez və Mauro İkardi ilə oynamağı hədəflədiyi deyilir.
İtaliya mediasında yer alan xəbərlərə əsasən, yanvar ayında dünya ulduzu üçün "Cim-Bom"a transfer təklifi veriləcək. Həmçinin, İkardinin də əfsanəsi olduğu komandaya qayıtmağa müsbət yanaşdığı önə sürülüb.
Qeyd edək ki, Mauro İkardi bu sezon meydana çıxdığı 14 matçda 12 qol atıb, 2 məhsuldar ötürmə edib.
Pərviz