Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur davam edir.
HİT.az xəbər verir ki, gününün ilk oyunu Tovuzda keçirilib.
Gəncə şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar autsayder “Kəpəz” liderlər qrupunda qərarlaşan “Zirə”ni Tovuzdakı arenada qəbul edib. Bakı təmsilçisi qalib gəlməklə vahid liderliyi ələ keçirə bilərdi. Lakin Rəşad Sadıqovun yetirmələri rəqibin müqavimətini qıra bilməyiblər.
Qarşılaşma 0:0 hesabı ilə başa çatıb və tərəflər hərəyə 1 xal əldə ediblər. Bununla “Zirə” xallarının sayını 20-yə, “Kəpəz” isə 6-ya yüksəldib.
Qeyd edək ki, ilk oyun günündə “Turan Tovuz”la “Qarabağ” qollu (2:2) bərabərə qalıblar, “Neftçi” səfərdə “Səbail”i 4:2 hesabı ilə məğlub edib. Bu gün “Sabah” – “Sumqayıt”, oktyabrın 22-də isə “Qəbələ”– “Araz-Naxçıvan” görüşü oynanılacaq.