Polşalı deputat: \"Müxalifət hakimiyyətə gəlsə, ölkədə buldoq döyüşləri olacaq\"

14:05 / 23.10.2023
772

Polşa Seyminin Xarici Əlaqələr Komitəsinin rəhbəri Radoslav Vogel bildirib ki, müxalifət hakimiyyətə gələrsə, ölkə "xalça altında buldoq döyüşləri" ilə üzləşəcək. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, müxalifətin proqram ardıcıllığı yoxdur, onu hakim Qanun və Ədalət Partiyasına (PiS) nifrət birləşdirir.

"Bu, daha çox xalça altında bulldoq döyüşlərinə bənzəyəcək... Müxalifətdə proqram ardıcıllığı yoxdur. Onların yeganə ortaq cəhəti PiS-ə düşmənçiliyidir", deyə Vogel bildirib.

Onun fikrincə, bu, effektiv hökumət yaratmaq və dövlət siyasətini həyata keçirmək üçün kifayət deyil. Vogel qeyd edib ki, müxalifətdəki parçalanmalar hər həftə daha da kəskinləşir, ona görə də onlar mümkün qədər tez hakimiyyətə gəlməyə çalışırlar.

Oktyabrın 15-də Polşada Seymə seçkilər keçirilib. Hakim Qanun və Ədalət Partiyası qalib gəlib. O, 35,4% səs toplasa da, parlamentdə çoxluğunu itirib və 460 yerdən yalnız 194-nə sahib olub.

Eyni zamanda, müxalifət partiyaları - Vətəndaş Koalisiyası, Üçüncü Yol və Sol partiyaları ümumilikdə səslərin təxminən 54%-ni qazanaraq 248 yer tutublar. Millətçi və Avroskeptik Konfederasiya Partiyası Seymdə 18 yer qazanaraq, digər fraksiyalarla koalisiyaya girmək istəmir.

Nəticələr rəmsən elan edildikdən sonra Polşa prezidenti hökuməti formalaşdıracaq baş naziri seçməlidir. Daha sonra parlament çoxluğu yeni tərkibi təsdiq etməlidir.

Samir

0