\"Beşiktaş\" futbolçuları ilə razılaşa bilmir: İstədikləri maaş BƏLLİ OLDU

13:37 / 01.11.2023
748

Türkiyənin "Beşiktaş" klubu müqaviləsi başa çatacaq futbolçularla danışıqlarını davam etdirir.

HİT.az xəbər verir ki, İstanbul klubu Cenk Tosun və Salih Uçanla müqavilə yeniləmək istəyir.

Türkiyə mətbuatında yer alan xəbərlərə əsasən, ulduz futbolçuların maaş tələbləri də bəlli olub. Qeyd olunur ki, Cenk illik 55 milyon, Salih isə 45 milyon lirə istəyir. Həmçinin, hər iki futbolçunun 2 illik müqavilə tələb etdiyi də bildirilir.

Hazırda klub rəhbərliyi ilə Cenk və Salih arasında razılıq əldə olunmayıb. Klubun prezidenti Əhməd Nur Çebi də özü şəxsən həmin futbolçularla 2 dəfə görüşüb, amma nəticəsiz yekunlaşıb. Lakin tərəflərin yaxın zamanda ortaq məxrəcə gələcəyi gözlənilir.

Pərviz

0